Seyidli Mehri 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəsm, modaya və tikişə böyük marağı olmuş və bu günə qədər də davam etmişdir.

2023-cü ilin oktyabr ayında öz brendini yaratmaq fikri ağlına gəlmiş və çox düşündükdən sonra bu işə başlamışdır. Valideynləri də bu işdə ona böyük dəstək olmuşdur. Motivasiya azaldığı anlarda onu ən çox ilhamlandıran şəxs isə anası olmuşdur. Bu işi anası ilə birlikdə qurmuşdur. Qarşılaşdığı çətinliklər və mənfi fikirlər olsa da, o, bu günə gəlib çatmaq üçün onları dəf etməli idi.Mehri Seyidli Zərifə Əliyeva adına liseyi bitirmiş hal-hazırda isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində 4-cü kursda təhsil almaqdadır. Eyni zamanda interyer dizayn üzrə Bakı Dizayn Mərkəzində (BDC) kurs keçmiş və diplom almışdır.

Mehri dizayn etdiyi geyimlərin hazırlanması ilə məşğuldur. Onun brendi həm gündəlik, həm də ziyafət geyimləri təqdim edir. Unikal və fərqli dizaynlarla yanaşı, keyfiyyətli geyimlər yaratmağa üstünlük verir.

Mehri Seyidlinin brendinin konsepti hər bir qadının özünü gözəl və özünə güvənli hiss etməsinə kömək etməkdir. Bu səbəbdən müştərilərə xüsusi bir xidmət təkliflə kolleksiyada mövcud olan hər bir model müştərinin bədən quruluşuna özəl olaraq hazırlanır. Bu da paltarın mükəmməl oturmasına şərait yaradır.

Mehri Seyidlinin brendi yeni olmasına baxmayaraq, bir il onlayn fəaliyyət göstərdikdən sonra məmnun müştərilərinin sayının artması və showroomun açılmasına olan tələbatın çoxalması səbəbindən, 4 aprel 2025-ci il tarixində brendin rəsmi açılışı həyata keçirilmişdir. Müştəriləri məmnun etmək və onların istəklərini nəzərə almaq onun əsas məqsədlərindən biridir.

Mehri Seyidlinin hədəfi brendini bir Azərbaycan markası kimi qlobal səviyyəyə çıxarmaq olduğunu bildirir. O düşünür ki, bu uğur digər gənclər üçün də böyük bir motivasiya olacaq.