14 aprel 2025-ci il tarixində Four Seasons otelində təşkil olunmuş nüfuzlu “The Globe Gala” tədbirində zərgərlik sahəsində olan Flawless brendi “İlin İkonik Zərgərlik Brendi” mükafatına layiq görülmüşdür. Millionaire Concept platforması tərəfindən təşkil edilən bu möhtəşəm gecə moda və biznes dünyasından tanınmış simaların iştirakı ilə yadda qalmışdır. Qeyd edək ki, Millionaire Concept beynəlxalq səviyyəli, nüfuzlu mükafatlandırma platforması olaraq, dünyaca məşhur şəxsləri və brendləri bir araya gətirir.Zərgərlik sənətində yenilikçi yanaşması ilə seçilən Flawless brendi bazara yüksək keyfiyyətli, əllə hazırlanmış eksklüziv bəzək əşyaları təqdim etməklə diqqət mərkəzinə çevrilib. Adını brilyantların ən saf kateqoriyasından alan Flawless, mükəmməlliyə olan sadiqliyi ilə tanınır.
Şirkət qiymətli daşların seçilməsindən başlayaraq, onların fərdi və astroloji xüsusiyyətlərini nəzərə alaraq müştərilərə özünəməxsus zinət əşyaları təqdim edir. Flawless-in əsas konsepti — hər daşın bir hekayə daşıması və hər bəzəyin sahibinin fərdiyyətini əks etdirməsidir.
Brend Hindistan, Çin, Cənubi Afrika və BƏƏ kimi ölkələrin aparıcı qiymətli daş birjaları ilə birbaşa əməkdaşlıq edir. Bu sayədə müştərilərə həm keyfiyyətli, həm də büdcəyə uyğun daşlar təqdim olunur.Qiymətli daşlara investisiya sahəsində də fəaliyyət göstərən Flawless, bu sahənin risklərini və imkanlarını analiz edərək, müştərilərə likvid və dəyəri artan daşlar üzrə investisiya paketləri təqdim edir. Flawless – burada hər bir daş, bir arzunun gerçəyə çevrilməsidir.