Millionaire Concept platformasının təşəbbüsü ilə 14 aprel 2025-ci il tarixində “The Globe Gala” adlı beynəlxalq tədbir həyata keçirildi. Moda və biznes dünyasının tanınmış simalarının iştirak etdiyi bu gecədə mükafatlar öz sahiblərinə təqdim olundu. Yerli və xarici qonaqlar üçün xüsusi proqramlar və çıxışlar təqdim edildi. Gecə öz möhtəşəm ab-havası və unudulmaz anları ilə iştirakçılarda dərin təəssürat yaratdı. Millionaire Concept – dünyaca məşhur şəxsləri bir araya gətirən və beynəlxalq səviyyədə nüfuz qazanmış mükafatlandırma platforması kimi tanınır.
Nilay Şimşek, Türkiyədə fəaliyyət göstərən peşəkar makiyaj ustasıdır. O, 4 ildir ki, öz studiyalarında peşəkar makiyaj tətbiqləri həyata keçirir. Gözəllik və moda dünyasında uğurlu karyera quran Şimşek, həm ölkə daxilində, həm də xaricdə bir çox prestijli sertifikat proqramlarında iştirak etmiş və sahənin ən tanınmış ustalarından dərs almışdır.
Onun təhsil aldığı məşhur isimlər arasında Müberya Sağlam, Samer Khouzami, Dafine Neziri, Anastilie, Bellany, Serhat Şen və Bouba kimi makiyaj sənətçiləri yer alır. Bundan əlavə, “Makeup Forever Dubai Event with Alberto” və “YSL Event Dubai with Iman Boutari” kimi beynəlxalq tədbirlərdə iştirak edərək, qlobal makiyaj trendlərini yaxından izləyib və təcrübəsini genişləndirib.
Türkiyədə isə “Antalya Beauty Fashion Week” çərçivəsində səhnə və gəlin makiyajı üzrə çalışaraq, xüsusi günlər və səhnə makiyajı sahəsində ixtisaslaşmışdır.
Makiyaj sənətinə böyük ehtirasla yanaşan Nilay Şimşek, daim öz üzərində çalışan, beynəlxalq platformalarda özünü sübut etmiş və müxtəlif texnikalarla müştərilərinə ən yüksək səviyyədə xidmət göstərən uğurlu bir sənətkardır.
Qeyd edək ki, 14 aprel 2025-ci ildə keçirilmiş “The Globe Gala” tədbirində Nilay Şimşek “İlin Peşəkar Makiyaj Sənətçisi” mükafatına layiq görülmüşdür.