12–14 aprel tarixlərində Bakının ən dəbdəbəli məkanlarından biri olan Four Seasons otelində, Millionaire Concept platforması tərəfindən “The Globe Gala” adlı üç günlük möhtəşəm tədbir təşkil olunmuşdur. Tədbirin son günündə lüks həyat tərzi, moda və biznes dünyasını təmsil edən iştirakçılara zəngin proqramlar və unikal təcrübələr təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, Millionaire Concept — iş dünyasının tanınmış simalarını bir araya gətirən nüfuzlu beynəlxalq mükafatlandırma mərasimidir.
Tədbirdə diqqət çəkən şəxslərdən biri də Tuba Karaca olmuşdur. O, 13 ildir ki, Tuay Karaca adlı şəxsi brendinin qurucusu, kreativ direktoru və baş dizayneri kimi moda sənayesində uğurla fəaliyyət göstərir. Xüsusilə gəlinlik və ziyafət geyimləri sahəsində tanınan Karaca, gündəlik dəbi də kolleksiyalarında uğurla əks etdirmişdir. Onun dəfilələri təkcə Türkiyədə deyil, eyni zamanda beynəlxalq səviyyədə də böyük maraqla qarşılanmışdır.
Eyni zamanda Tuba Karaca Tuay Karaca brendinin dörd mövsümlük kolleksiyalarını hazırlayır və kolleksiya departamentinə rəhbərlik edir. Özünəməxsus dizayn üslubu və estetik yanaşması ilə o, çoxsaylı mükafatlara layiq görülmüşdür. Brendin məhsulları yalnız Türkiyədəki şəxsi mağazalarında deyil, həmçinin ölkə daxilində və xaricdəki seçilmiş satış nöqtələrində də təqdim olunur.
Moda dünyasında həm yaradıcı dizayner, həm də güclü qadın sahibkar kimi tanınan Tuba Karaca, The Globe Gala çərçivəsində keçirilən defilədə öz kolleksiyasını təqdim etdikdən sonra, 14 aprel 2025-ci il tarixində “The Famous Fashion Designer of The Year” — “İlin Məşhur Moda Dizayneri” mükafatına layiq görülmüşdür.