12-14 aprel tarixlərində Bakının ən dəbdəbəli məkanlarından biri olan Four Seasons otelində Millionaire Concept platforması tərəfindən təşkil olunmuş “The Globe Gala” adlı beynəlxalq tədbir baş tutmuşdur. Üç gün davam edən bu mötəbər tədbirdə lüks həyat tərzi, moda və biznes sahəsindəki yeniliklər iştirakçılara təqdim olunmuş, proqram boyu unikal təcrübələr yaşanmışdır. Tədbirin zirvə nöqtəsi isə son gün keçirilən mükafatlandırma mərasimi olmuşdur.

Məhz bu nüfuzlu mərasimdə Azərbaycanın gözəllik və kosmetologiya sahəsində sürətlə yüksələn brendi “G’Lux Touch” göstərdiyi uğurlu fəaliyyətinə görə “İlin Peşəkar Gözəllik Mərkəzi” mükafatına layiq görülmüşdür. Bu mükafat, brendin qısa zamanda qazandığı etibar və yüksək xidmət səviyyəsinin bariz göstəricisidir.

2022-ci ildə əsası qoyulan “G’Lux Touch” peşəkar yanaşması, beynəlxalq standartlara uyğun xidmətləri ilə gözəllik sahəsində tez bir zamanda seçilən adlardan birinə çevrilmişdir. Hal-hazırda mərkəz Bakının iki fərqli məntəqəsində – Ağ şəhər və Binəqədi filiallarında fəaliyyət göstərərək geniş müştəri auditoriyasına xidmət göstərir.

Brendin təsisçisi və icraçı direktoru Günel Kazımovanın rəhbərliyi ilə həm yüksək ixtisaslı mütəxəssislərin seçimi, həm də müasir avadanlıqlarla təchizat prosesi diqqətlə həyata keçirilir. O, eyni zamanda uğurlu marketinq strategiyaları və xüsusi kampaniyalar vasitəsilə “G’Lux Touch” adının geniş kütlələrə çatdırılmasına öncüllük edir.

Bu uğurlar fonunda şirkət hazırda yeni filialların açılması istiqamətində fəal şəkildə çalışır. Bununla yanaşı, sənət və dəb aləmindən tanınmış simaların cəlb edilməsi brendin tanıdılması prosesini daha da gücləndirir və ictimai nüfuzunu artırır.

Gələcək planlara isə ölkə daxilində nüfuzlu gözəllik şirkətləri ilə əməkdaşlıqların qurulması, qarşılıqlı işgüzar əlaqələrin inkişaf etdirilməsi və innovativ yanaşmanın davam etdirilməsi daxildir. “G’Lux Touch” bu yanaşma ilə gözəllik sektorunda lider mövqeyini daha da möhkəmləndirməkdədir.