12–14 aprel tarixlərində Bakının ən nüfuzlu məkanlarından biri olan Four Seasons otelində Millionaire Concept platformasının təşkilatçılığı ilə “The Globe Gala” adlı beynəlxalq miqyaslı üçgünlük tədbir baş tutub. Bu möhtəşəm gecəyə dünyanın müxtəlif ölkələrindən tanınmış simalar, nüfuzlu markalar və uğurlu iş adamları qatılıb. Tədbirin xüsusi qonaqlarından biri də La Rachel Paris markasının qurucusu Fatih Mehmet Karaca olub.
Qlobal kosmetika sənayesində fərqlilik yaradan La Rachel Paris, gözəlliyin yalnız estetik görüntü deyil, həm də psixoloji və emosional vəziyyət olduğunu vurğulayır. Fransada yaradılmış bu brend, təbii bitki ekstraktları və qabaqcıl elmi texnologiyaları birləşdirərək saç və dəriyə qulluq sahəsində inqilabi məhsullar təqdim edir.
Brendin bütün məhsulları Avropa GMP və ISO 22716 keyfiyyət standartlarına uyğun istehsal olunur və dermatoloji cəhətdən test edilir. Tərkibində SLS, silikon, paraben, mineral yağlar və heyvani mənşəli maddələr olmayan bu məhsullar insan sağlamlığına və təbiətə hörmət prinsipini əsas götürür.
Hazırda Avropa, Orta Şərq, Asiya və Amerika bazarlarında geniş istifadəçi auditoriyasına sahib olan La Rachel Paris, həm peşəkar salonlar, həm də ev şəraitində keyfiyyətli və təhlükəsiz qulluq məhsulları axtaranlar üçün ideal seçimə çevrilib.
La Rachel Paris-in “The Globe Gala” kimi nüfuzlu beynəlxalq tədbirdə “İlin Uğurlu Şirkəti” mükafatına layiq görülməsi, onun bu sahədəki uğurlarının və peşəkarlığının bariz göstəricisidir.