12–14 aprel tarixlərində Bakının ən nüfuzlu məkanlarından biri olan Four Seasons otelində Millionaire Concept platformasının təşkilatçılığı ilə beynəlxalq səviyyəli üçgünlük tədbir – “The Globe Gala” baş tutub. Bu möhtəşəm tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış simalar, nüfuzlu brendlər və uğurlu iş adamları iştirak ediblər.
Tədbirin xüsusi qonaqlarından biri – İsveçrənin Dietikon şəhərində fəaliyyət göstərən tanınmış Life & Neuro kouç Laura Svagzdyte olub. O, insanlara həyatın çətin dövrlərində psixoloji və emosional dəstək göstərmək sahəsində ixtisaslaşıb. Laura şəxsi həyat təcrübələrindən – ağrı, itki, qorxu, asılılıq və daxili güc mübarizələrindən bəhrələnərək, müştəriləri ilə dərin və səmimi əlaqə qurur, onların ehtiyaclarını dərindən anlayır.
Laura nəfəs texnikaları, meditasiya və neyro-kouçinq üsullarından istifadə etməklə, insanlara qorxularını dəf etməyə, mənfi düşüncə vərdişlərini aşmağa və yeni düşüncə modelləri formalaşdırmağa kömək edir. Onun tətbiq etdiyi neyro-kouçinq metodu beynin neyron əlaqələrini yenidən təşkil edərək düşüncə və davranışlarda davamlı müsbət dəyişikliklərə səbəb olur. Bu metod köhnə və şüursuz inanc sistemlərini tanıyıb onları dəyişdirməyə imkan verir.
Bundan əlavə, Laura nəfəs texnikalarının gücünü xüsusilə vurğulayır. O, stressi azaltmaq, diqqət və zehni aydınlığı artırmaq, həmçinin ümumi sağlamlığı yaxşılaşdırmaq məqsədilə 4-7-8 metodu, Wim Hof metodu və holotropik nəfəs texnikalarından istifadə edir. Bu üsullar hüceyrə səviyyəsində enerji istehsalını gücləndirir, mitoxondriya fəaliyyətini dəstəkləyir və orqanizmin ümumi funksionallığını artırır.
Onun yanaşması praktiki və elmi əsaslara söykənərək həm şəxsi inkişafı, həm də emosional tarazlığın bərpa olunmasını hədəfləyir. Laura insanların daxili potensiallarını kəşf etmələrinə və həyatlarında dərin, davamlı dəyişikliklərə nail olmalarına kömək etməyi qarşısına məqsəd qoyub.
The Globe Gala kimi nüfuzlu beynəlxalq tədbirdə “İlin İnnovativ Life & Neuro Kouçu” mükafatına layiq görülməsi isə Laura Svagzdyte-nin bu sahədə qazandığı uğurların, peşəkarlığının və yenilikçi yanaşmasının parlaq göstəricisidir.