2025-ci il aprelin 14-də Bakının nüfuzlu məkanlarından biri olan Four Seasons Hoteldə keçirilən “The Globe Gala” tədbiri iş dünyasının tanınmış simalarını bir araya gətirdi. “Millionaire Concept” platformasının təşkil etdiyi tədbir lüks həyat tərzi, moda və biznes sahəsindəki yeniliklərlə yadda qaldı.
Gecənin ən yaddaqalan məqamlarından biri “The Successful Businesswoman of The Year” — “İlin Uğurlu Biznes Qadını” mükafatının təqdimatı oldu. Bu ada uzun illərdir sahibkarlıq sahəsində böyük nailiyyətlər qazanan Mariya Aleksandrova layiq görüldü.
Mariya Aleksandrova 15 ildən artıqdır ki, biznes sahəsində fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi layihələrin ümumi dövriyyəsi 150 milyon dollardan çox olub. “Black Sea Cruise” layihəsi çərçivəsində Qara dənizdə kruiz turizminin inkişafında mühüm rol oynayıb.
O, həmçinin “Marine Business School” adlı beynəlxalq təlim platformasının təsisçisidir. Bu təşəbbüs minlərlə insanın logistika və dəniz daşımaları sahəsində peşə qazanmasına imkan yaradıb.
Pandemiya dövründə qurduğu şəxsi biznesi 6 ay ərzində 20 dəfə böyüyüb və 2 il ərzində sahəsində lider mövqeyə yüksəlib. Bugünə qədər 15-dən çox müəllif təlim proqramı təqdim edən Mariya 3000-dən çox tələbənin karyera və biznes qurmasına töhfə verib.
O, həmçinin qadınlara yönəlik “WOMEN BRAND LABORATORY” klubunun yaradıcısıdır. Klub qadınlara sevdikləri işlə məşğul olaraq uğurlu biznes qurmaq və balanslı həyat yaşamaq üçün dəstək verir.
Mariya Aleksandrova təkcə uğurlu sahibkar deyil, həm də qadınlara ilham verən güclü liderdir. O, bu gün öz təcrübəsini bölüşərək digər qadınların da potensiallarını reallaşdırmasına kömək edir.