12-14 aprel tarixlərində Bakının ən nüfuzlu məkanlarından biri olan Four Seasons otelində Millionaire Concept platformasının təşkilatçılığı ilə keçirilən “The Globe Gala” adlı beynəlxalq tədbir baş tutdu. Lüks həyat tərzi, moda və biznes dünyasını bir araya gətirən bu möhtəşəm tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış simalarla yanaşı, Azərbaycanın tanınmış psixoloqu İda Prem Türkan Qasımova da fəxrlə iştirak etdi.
Tədbir çərçivəsində İda Prem Türkan Qasımova “İlin Uğurlu Psixoloqu” (The Successful Psychologist of The Year) nominasiyası üzrə mükafata layiq görüldü. Bu mükafat onun psixologiya sahəsində illərdir göstərdiyi peşəkarlığın və insanlara verdiyi dəyərin təntənəli nəticəsidir.
İda Prem Türkan Qasımova — praktiki psixoloq, hipnoterapevt, yazıçı və mentor, “İNİSİASİYA” layihəsinin və IDAPREM terapevtik sisteminin müəllifidir. Beynəlxalq Hipnoterapevtlər Assosiasiyasının üzvü olan Türkan xanım şüuraltı bloklar, emosional travmalar və ailə-nəsil ssenariləri üzrə ixtisaslaşıb.
Onun əsas missiyası qadınlara daxili güclərini kəşf etməyə, özünəinamı artırmağa və psixoloji-maliyyə bloklarından azad olaraq xoşbəxt, azad həyat qurmağa dəstək olmaqdır. Onun yanaşmaları nevroplastiklik, neyroendokrinologiya, psixoneyroimmunologiya və epigenetika elmlərinə əsaslanır.
“ŞANS” adlı kitabın müəllifi olan İda Prem Türkan Qasımova fərdi terapiyalarla yanaşı, onlayn proqramlar da təqdim edir. Onun inamına görə, hər bir qadın daxilində böyük gücə malikdir və həyatını transformasiya etmək qabiliyyətinə sahibdir.
Bu nüfuzlu mükafat təkcə şəxsi nailiyyət deyil, eyni zamanda Azərbaycanda qadın peşəkarlığının, təşəbbüskarlığının və liderliyinin parlaq təzahürüdür. İda Prem Türkan Qasımova bu uğuru ilə bir daha sübut etdi ki, zəhmət, məqsədyönlülük və dürüstlük uğurun əsas açarlarıdır.