Ölkənin peşəkar estetik həkim olan Fidan Mustafayeva uğurlarına uğur qatmağa davam edir. Estetika bir incəsənətdir. O, isə bu incə sənətin sənətkarlarından biridir.

Fidan Mustafayeva- öz sahəsi üzrə uğurla fəaliyyət göstərən həkim kosmetoloqdur.Tibb Universitetini qırmızı diplomla bitirən Fidan xanım 10 ilə yaxındır ki, estetik həkim-kosmetoloq kimi fəaliyyət göstərir. Həm də beynəlxalq təcrübəyə malik olan Fidan Mustafayeva təcrübə qazanmaq və kosmetologiya sahəsindəki yeniliklərlə tanış olmaq üçün İtaliya, Fransa, Türkiyə, Koreya, Ukrayna və başqa ölkələrdə konqres və seminarlarda iştirak edib.Fidan xanım həmçinin  "Estetika" adlı vəsaitin müəllifidir. Vəsait həkim-kosmetoloqun  təcrübəsindən yararlanmaq istəyənlər və yeni başlayanlar üçün nəzərdə tutulmuşdur.

Fidan xanım hesab edir ki, onu başqalarından fərqləndirən cəhət özünə olan inamıdır. Tanınmış simalar öz simalarını  Fidan xanıma etibar edir.

Fidan Mustafayeva 30 iyun 2022 ci ildə Golden People Awards layihəsində, ilin uğurlu həkim-kosmetoloqu nominasiyasına layiq görülmüşdür.