Dünyanın fərqli ölkələrindən olan yaddaqalan podium simalar moda trendləri və moda sektorunun gələcəyinə bənzərsiz bir perspektiv qatır. Ölkəmizi beynəlxalq səviyyədə təmsil edən podium simalarından biri də Güllü Əhmədovadır.
Modellik üzrə təhsilli model Güllü Əhmədova beynəlxalq standartlar çərçivəsində mövcud potensialının inkişafını hədəfləyir.
Azərbaycanı dünyada təmsil edən gənc model artıq bir neçə ildir ki, Rusiyanın bir sıra şəhərlərində və Dubayda təşkil olunan "Fashion week"də podiuma çıxır. Beynəlxalq aləmə açılan gənc model Misirdə təşkil olunan moda yarışmasında top 20-liyə daxil olmağı bacarır.
O, modellik fəaliyyəti ilə yanaşı yaşadığı şəhərdə-Vladimirdə öz jurnalını dərc etdirir.
Rusiyanın Moskva şəhərində yaşayan həmyerlimiz 30 iyun 2022-ci il tarixində paytaxtımızda keçirilən Golden People Awards mükafatlandırma gecəsində ilin ən yaxşı top modeli nominasiyasına layiq görülmüşdür.