Uşaqlar gələcəyimizdir. Onlar sağlam cəmiyyətin təminatıdır. Mütəffəkirlərdən biri deyib ki, övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. Uşaqlar bir millətin gələcəyə yönəlik ən dəyərli yatırımıdır. Bu baxımdan gələcəyi parlaq olan balaca simalarımız arasında Kamilla Məmmədzadənin adını xüsusilə qeyd etmək lazımdır.
Kamilla Məmmədzadə 2010-cu ildə Bakı şəhərində anadan olub. İngilis dilli məktəbdə təhsil alan Kamilla kiçik yaşlarından incəsənətə meyilli olub. O, 2016-cı ildə ilk dəfə “Kids Best Model” yarışmasında iştirak edir və “Prinsessa” nominasiyasına layiq görülür. Bu qələbə ona uğur gətirir. 2017-ci ildə Rəşid Behbudov adına teatrda Moms&Kids-in təşkil etdiyi Buratino tamaşasında Şəhzadə Feya rolunda çıxış edən balaca qız elə həmin il “Yes Fashion House” Moda sərgisində model kimi səhnəyə çıxır. Kamilla Məmmədzadə musiqi sahəsində də, bir sıra uğurlara imza atır. Fidan Hacıyevadan vokal dərsləri alan Kamillanın repertuarına “Helping You”, “Meduza”, Zəfər bayramına həsr edilmiş “Xarı Bülbül“, uşaqlar gününə həsr edilmiş “Dünyamıza dəyməyin” mahnıları daxildir. Son mahnıda Kamilla Məmmədzadənin tərəf müqabili mərhum sənətkar Rəhim Rəhimli olmuşdu.
Dünyanın bir sıra ölkəsində keçirilən çoxsaylı beynəlxalq mükafatlara layiq görülən gənc istetad "Golden Kids Awards -2020", Birləşmiş Ərəb Əmirliklərində EKSPO 2020-Dubai və nüfuzlu biznes platforması “Millionaire Concept Network” tərəfindən təşkil olunan layihələrində iştirak edib. O, “Millionaire Concept Network” ün təşkil etdiyi “Golden Palm Awards”, “Woman Global Awards", “Golden People Awards ” layihələrində “The Talanted Kid Singer ” nominasiyasına layiq görülüb.
Kamilla Məmmədzadə Sankt Peterburqda ‟Neva Fashion Week” moda həftəsində‟Kamilla’s Magic World” Azərbaycan brendi olan uşaq geyimlərinin dizayneri və model kimi çıxış edib, həmin ilin ən yaxşı uşaq brendi dizayner-model adına layiq görülüb.