Müasir stomatologiyada dişlərin sağlamlığı ilə yanaşı estetikası da əhəmiyyət kəsb edir. Sağlamlıq və estetikanın vəhdəti gözəlliyi doğurur. Rusiyalı stomatoloq-terapevt, cərrah və işgüzar xanım Bella Musixina bu vəhdəti yaradanlardandır.

 

10 illik tibb təcrübəsinə malik dentist Stomatologiya ixtisası üzrə Yekaterinburq Ural Dövlət Tibb Akademiyasında, Cərrahi stomatologiya üzrə  Perm Dövlət Tibb Universitetində ali təhsil alıb. O, Blanco estetik stomatologiya və implantasiya mərkəzinin direktoru və ideoloji qurucusudur.

Peşəkar dentist hesab edir ki: “Diş sağlamlığı və estetikası vəhdət təşkil edir. Onları ayırmaq olmaz. Dişlər nə qədər sağlamdırsa, o qədər də estetikdir. Müalicədən sonra xəstələrin sosial hesablarına nəzər saldıqda əvvəllər gülməyən insanları gülümsəyən görürəm. Fikrimcə, bu möhtəşəm duyğudur”.

Təcrübəli dentistin göstərdiyi xidmətlər arasında estetik stomatologiya, xüsusilə də ZOOM4 sistemi ilə ağartma daha tələbatlıdır. Bella Musixina öz sahəsinin yeniliklərini mənimsəmək üçün Moskva və Yekaterinburqda keçirilən beynəlxalq konfrans və forumlarda mütəmadi olaraq bilik və bacarıqlarını təkmilləşdirir.

Peşəkar dentist vurğulayır ki: “Dişlər vaxtında və düzgün müalicə olunmadığı zaman ağız boşluğunda olan zərərli mikroorqanizmlər qan vasitəsilə orqanizmə daxil olub ovulyasiya, hormon sintezi kimi həyati prorseslərə neqativ təsir edə bilər”.