Gənc istedadlı müğənni Kamilla Məmmədzadə "Renessans" xoru ilə bərabər Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Ulu Öndər" adlı mahnımı ictimaiyyətə təqdim edib. Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan mahnının musiqi və sözləri bəstəkar Aytən İsmixanovaya aiddir. Klipin rejissoru isə  əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.

“Heydər Əliyevə həsr etdiyim mahnı mənim repertuarlarım arasında ən önəmli yer tutur. Sevinirəm ki, bu mahnını belə bir gözəl və əlamətdar tarixdə təqdim etməyi bacardım”, - deyə Kamilla Məmmədzadə bildirib.

Qeyd edək ki, vokal musiqi təhsilinə yiyələnən Kamilla Məmmədzadə bu illər arzində Azərbaycanı beynəlxalq mədəniyyət və talant festivallarında uğurla təmsil edərək birinci yerə layiq görülüb.