Bəşər cəmiyyəti formalaşdıqca toplumlarda haqq-ədaləti müdafiə edən peşə sahiblərinə ehtiyac duyulurdu. Bu məsuliyyətli peşə sahibləri vəkillərdir.
O, hüquq sahəsində Türkiyənin adından söz etdirən vəkillərindən biridir. Devrim Nur Kayabalı ali təhsil həyatına İstanbul Texniki Universitetinin Molekulyar Biologiya və Genetika Mühəndisliyi fakültəsində başlasa da, bir müddət sonra özünü bura aid hiss etmir. Yeniyetməlik illərində yaxın dostunu müəmmalı şəkildə itirməyi onun qəlbində dərin izlər buraxır. Bu hadisədən sonra o həqiqətin arxasınca getmək, insanlar və insanlıq üçün mübarizə etmək qərarına gəlir. Arzularını səlahiyyətli şəkildə həyata keçirməyin yeganə yolu hüquqşünas olmaq idi. Mühəndisliyi yarımçıq buraxıb öz xəyallarının arxasınca gedən vəkil, iddialı və qərarlı xarakteri sayəsində bu sahədə uğur qazanır. Bu gün o yaşadığı toplumda axının ardınca gedənlərdən deyil, axını istiqamətləndirənlərdəndir.
Hüququ sahəsində illərin verdiyi təcrübənin təzahürü kimi peşəkar vəkil, DNK Hüquq Bürosunu təsis edir. Cinayət Hüququ və Beynəlxalq Ticarət Hüququ üzrə ixtisaslaşan büro, yeniliklərə və inkişafa açıq peşəkar heyəti ilə yerli və xarici müştərilərə hüquq xidməti göstərir.
Bu sahəni seçmək istəyən gənclərə tövsiyyə olaraq peşəkar vəkil bildirir: “Uğurun sehirli formulu əzm və əməkdir. Öncə özünüzdən başlayın, özünü dərk edin. Peşənizə sadiq, ədalətli, çalışqan və iddialısınızsa demək siz artıq işinizin peşəkarısınız”.
Devrim Nur Kayabalı beynəlxalq ticarət və beynəlxalq cinayət sahəsində əldə etdiyi nailiyyətlərinə görə həm Türkiyədə, həm də xaricdə müxtəlif qurumlar tərəfindən dəfələrlə təltif olunub.
Peşəkar vəkil Devrim Nur Kayabalı 17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Professional Advocate of the Year” nominasiyasına layiq görülüb. Devrim Nur Kayabalı qazandığı mükafatı 6 fevral 2023-cü ildə Türkiyənin 10-dan çox əyalətində baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsinə həsr edib. Bu sarsıdıcı hadisələr zamanı qardaş Azərbaycanın öz ölkəsinə maddi və mənəvi dəstəyini yüksək qiymətləndirib.