Sürətlə inkişaf edən elmin yaratdığı imkanlar insanların həyatını hər sahədə asanlaşdırır, daha səmərəli hala gətirir. Xüsusilə, gözəllik sahəsinin geniş yayılmış qolu olan kosmetologiya insanlara, özəlliklə də qadınlara çox faydalı ola bilir. Görünüşümüzdə bizi narahat edən qüsurlar ola bilir, bu qüsurlardan xilas olmaq, lakin təbiiliyimizi də qorumaq hər birimizin haqqıdır. Bu zaman belə bir sual yaranır ki, necə kosmetoloq seçməliyik ki, təbiiliyi pozmadan bizi daha da gözəl edə bilsin? Bunun üçün kosmetoloqun savadı, bacarığı, əl işləri qədər onun öz görünüşü də vacibdir. Çünki bir kosmetoloqun şah əsəri məhz özü, öz simasıdır. İstər savadı, istər bacarığı, istərsə də öz gözəlliyi ilə gördüyünüz an axtardığım kosmetoloq deyəcəyiniz həmin şəxs həkim-kosmetoloq Şahnaz Quliyevadır.
Azərbaycan Tibb Universitetində təhsil almış Şahnaz xanım tibbi savadı ilə yanaşı kosmetologiya üzrə aldığı təhsil də onu bu işin nömrə birlərindən edir. Xanım-xatınlığı, dünyagörüşü, xoşxasiyyətli oluşu ilə bütün pasientlərinin qəlbinə yol tapmış, onların sevimlisinə çevrilmiş həkimimiz incə toxunuşlarla istənilən qüsuru aradan qaldırıb möhtəşəm nəticə ərsəyə gətirə bilir. Öz kosmetoloji mərkəzində pasientlərini qəbul edən Şahnaz xanım regionlardakı pasientlərinə də xidmət göstərə bilmək üçün səfərlər edir. Gəncədə şəhərində pasientlərini qəbul edən həkimimiz Naxçıvanda da tezliklə pasient qəbul etməyi düşünür. Onun fəaliyyəti ölkə daxilində məhdudlaşmır, tez-tez İstanbulda iş səfərlərində olur, bununla yanaşı Dubaya da səfərlər təşkil edərək oradakı pasientlərini də sevindirməyi düşünür. Ağır iş rejimində bu səfərləri təşkil etməkdə əsas məqsədi həm özünü daha çox inkişaf etdirmək, həm də Bakıya gələ bilməyən pasientlərinə faydalı ola bilməkdir. Onun özünə məxsus xüsusi texnikası çox zərif nəticələr ortaya çıxarır. Bədən və üz kontur plastikası ilə məşğul olan Şahnaz xanım hər prosseduru çox incəliklə icra edir, xüsusilə onun dodaq texnikası ilə heç yerdə görmədiyiniz təbii və dolğun dodaqlara sahib ola bilərsiniz. Əziz xanımlar, gözəlliyinizin qeydinə qalmaq sizin həyatınızın ayrılmaz parçası olmalıdır, bu prossesdə ən böyük dəstəkçiniz isə Şahnaz Quliyeva olsun ki, sonradan peşman olmayın. Həkim-kosmetoloq Şahnaz Quliyeva müasir standartlara cavab verən texnikaları və preperatları ilə hər zaman sizin yanınızdadır.