Son olaraq dünya şöhrətli simaları bir araya gətirən 76-cı Kann Film Festivalında yer alan cazibədar model Anastasiya Dımçenko dünya mətbuatının diqqətini çəkib.Model, influencer, aktrisa və işgüzar xanım Anastasiya Dımçenko moda sənayesində yüksələn gənc ulduzlardan biridir.
Ilkin fəaliyyətinə model olaraq başlayan Anastasiya Dımçenko, tez bir zamanda adından söz etdirməyi bacarır. 18 yaşında Çində ilk modellik müqaviləsini imzalayan moda dünyasının parlaq siması qısa zamanda Avropanı fəth edir. Növbəti dayanacaq Avropanın moda paytaxtı Milan idi. Bir müddət burada yaşayan gənc model, istedadı və qətiyyəti ilə beynəlxalq arenada ön plana çıxmağı bacarır. Belə ki, cazibədar model 2018-ci ildə İtaliyada “World Top Model” adını qazanır. Nüfuzlu layihənin qalibi olmaq onun reputasiyasını daha da möhkəmləndirir.
Gözəlliyi ilə göz qamaşdıran gənc model İtaliyanın "Eva Stelle", Rusiyanın "Radius" və İspaniyanın "Starview" kimi qlobal dərgilərinə poz verir. Eyni zamanda işgüzar xanım kimi özünü sınayan Anastasiya Dımçenko üç fərqli qoxudan ibarət ətir kolleksiyasının sahibidir. Milanda istehsal olunan Dolce Anastasiia, Sensual Anastasiia, Uniseks və Charming Anastasiia onun özünəməxsus üslubunun göstəricisidir.
Bütün bunlarla yanaşı həm də, aktisa kimi fəaliyyət göstərən Anastasiya Dımçenko Rusiya və İtaliyada müxtəlif televiziya layihələrində iştirak edib. Hazırda Londonda yaşayan cazibədar model, aktrisalıq karyerasının üzərində çalışır.