İş müasir qadının həyatında mühüm rol oynayır. İşləməklə qadınlar özünü cəmiyyətdə təsdiq edir, eyni zamanda iqtisadi müstəqillik əldə edir. İctimai həyatda aktiv işgüzar mövqeyi ilə seçilən xanımlarımızdan biri də Nigar Farhaddır.
İşgüzar xanım, 1989-cu ildə Kürdəmirdə anadan olub. Nigar Farhad 15 il ABŞ-də yaşayır və bu müddət onun gələcək qərarlarında mühüm rol oynayır. ASA College və Nyu York Universitetində "Cinayət və Ədalət" üzrə təhsil alan gənc xanım daha sonra Harvard Universitetində marketinq üzrə ali təhsil alır. Bununla kifayətlənməyən gələcəyin işgüzar xanımı təhsilini Rusiyada davam etdirir və Moskva Dövlət Universitetində Psixoloq ixtisasına yeyələnir.
Nigar Farhad 2016-cı ildə beynəlxalq təhsil şirkəti olan AID GROUP-u təsis edir. Şirkət, beynəlxalq olaraq tələbələri doğru xarici təhsil müəssələrinə istiqamətləndirərək gələcəkdə uğurlu karyera qurmaqları üçün dəstək olur. Şirkət tərəfindən tələbələrin xaricdə təhsil alması, onların ev təminatına köməklik göstərilir. Bu vəsilə ilə ali təhsildən kənarda qaldıqlarını düşünən abituriyentlər, daha təhsillərini ən prestijli xarici universitətlərdə davam etdirə biləcəklər.
Onlar burada təhsil almaqla yanaşı yüksək tələblər olmadan yalnız attestatla çalışaraq öz təhsil haqlarını ödəyə bilərlər. Dünyanın bir çox qabaqcıl ölkələri ilə əməkdaşlıq edən şirkət eyni zamanda İT, dil hazırlığı, iş və səyahət, xaricdə təhsil, magistraturaya hazırlıq kimi programları həyata keçirir. Aid Group-un Türkiyə, Özbəkistan, Rusiya, BƏƏ, İsrail, Kanada, Amerika kimi dünyanın müxtəlif qaynar nöqtələrində filialları var.
Nigar Farhad aktiv işgüzar fəaliyyətindən dolayı Amerikada ilin "Uğurlu biznes xanımı” nominasiyasına, Türkiyə və Azərbaycanda çoxsaylı mükafatlara layiq görülüb. Eyni zamanda işgüzar xanımın uğurlarından Forbes, CNN, Business İnsider, CEO USA, USReporter, Hürriyet kimi məşhur televiziya və xəbər səhifələrində bəhs edilib. Bütün bunlarla yanaşı Nigar Fərhad həm də investordur və müxtəlif bizneslərə investisiyalar edərək dəstək olur. Hazırda AID GROUP özündə bir neçə şirkəti cəmləşdirərək dünyanın ən böyük xaricdə təhsil şirkəti olaraq "Holding" adını qazanıb. Fəaliyyəti haqda danışarkən işgüzar xanım qeyd edir ki, ən böyük uğurum biznes həyatımdakı düzgünlüyümdür.