Doç. Dr. Gökçen Ərdoğan 2000-2005-ci illər Uludağ Universiteti Tibb Fakültəsini bitirib. Əsas ixtisası mamalıq və ginekologiya olan xanım Ərdoğan hazırda qurucusu olduğu Diva Qadın Sağlamlığı Mərkəzində fəaliyyət göstərir.
Türkiyənin ən nüfuzlu iş xanımlarından biri olan Gökçen Ərdoğan Qadın sağlamlığı və qadınların cəmiyyətdəki yeri haqqında əsərləri ilə ictimaiyyətin diqqətini və sevgisini qazanmağa, qadınları həvəsləndirməyə yönəlik fəaliyyət göstərir.
Sağlam cinsəlliyi sağlam cəmiyyətin təməl daşlarından biri kimi görən iş xanımı bu mövzuda "Belki Keşke Neyse", “Sırra Kalem”, “Gizli Kapaklı Şeylər” adlı bir neçə kitabın müəllifidir. Bu əsərlərin yazılma məqsədi Ailə birliyinin yaradılması, qorunması və cəmiyyətdə ən doğru şəkildə təbliğ olunmasıdır.
Gökçen Ərdoğan öz fəaliyyəti ilə cəmiyyətə verdiyi faydalar nəzərə alınaraq 2012-ci ildə Ankarada “İlin iş qadını” adına layiq görülmüşdü.
Yazdığı əsərlərlə türk qadının könlünü fəth edən məşhur türkiyəli ginekoloq Op. Dr. Gökçen Ərdoğan 18-20 noyabr tarixlərində baş tutmuş “Millionaire Concept” çərçivəsində, baş tutmuş “Global Woman Summit”də speaker qismində çıxış etmişdir. Sammitdə çıxış edəcək spikerlər arasında müxtəlif sahələr üzrə beynəlxalq aləmdə tanınan simalar da yer almışdır. Sammitdə xanımların qarşılıqlı olaraq fəaliyyətlərinin əlaqələndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılmışdır.