Qırğızıstanlı ictimai xadim, noosferik inkişaf üzrə ekspert, potensialın açılması üzrə mentor, Earth Future fondunun təsisçisi Laura Omuraliyeva Beynəlxalq Erickson Coaching Universitetini bitirib. O, hazırda Avropa Təbiət Elmləri və Distant Tədris İnstitutunun magistratura tələbəsidir. Enerji terapevti kimi 15 illik təcrübəyə malik Laura Omuraliyeva rəng terapiyası, çakra və aura korreksiyası üzrə peşəkar mütəxəssisdir.
Çoxillik səmərəli fəaliyyəti nəticəsində dünyanın bir sıra ölkəsində rəğbət qazanan Laura Omuraliyeva 2015-ci ildən etibarən bu sahədə kurs və seminarlar təşkil edir.
Peşəkarlığı ilə adından söz etdirən mütəxəssis BƏƏ, Rusiya, İtaliya, Türkiyə, Hindistan və digər Avropa ölkələrində keçirilən beynəlxalq konfrans və forumların fəal iştirakçısıdır.


Peşəkar mütəxəssis, 2019-cu ildən ekologiya və noosferik inkişafla məşğuldur. Qeyd edək ki, noosferik inkişaf insanların ətraf mühitlə qarşılıqlı əlaqəsini və bu qarşılıqlı əlaqənin insan sağlamlığına və rifahına təsirini öyrənən ekologiya, psixologiya və tibb prinsiplərini özündə birləşdirən tədqiqat sahəsidir. Noosferik inkişafda insanın psixi və fiziki sağlamlığı, sosial çevrə və ekosistem arasında əlaqə aparıcı amildir. Bu tədqiqat sahəsi müasir çağırışlar və ətraf mühitdəki dəyişikliklər kontekstində sağlamlığın qorunması və təşviqi üçün strategiya və metodlar hazırlayır.
Peşəkar enerji terapevtinin 2017-ci ildə “Mandala - qadının 12 keyfiyyəti”, “Mandala çakrası” art-terapiya kitabları və 2022-ci ildə "Chanel gödəkçəsini təlaşsız necə almaq olar?" kitabı işıq üzü görüb.


 
Laura Omuraliyeva, 19 noyabr 2023-cü il tarixində Global Woman Awards layihəsində, ilin “The Successful Digital Energy Coach of Central Asia” nominasiyasına layiq görülmüşdür