Onlar insanlağın yer üzündəki qoruyucularıdır. Onlar ağxalatlı mələklərdir. Ginekoloji xəstəliklərin müayinə, diaqnostika və müalicəsi ilə məşğul olan ginekoloqlar qadın həyatının müxtəlif dövrlərində qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olan həkimlərdir. Bu peşə sahibləri qadın həyatında önəmli yerə sahibdir.
Azərbaycan əsilli rusiyalı həkim Dr.Fəridə Əliyeva öz dövrünün qabaqcıl ginekoloqlarındandır. O, mindən çox uğurlu əməliyyata imza atmış təcrübəli cərrah və yüksək endoskopik mütəxəssisdir. Peşəkar ginekoloq ginekoloji əməliyyatların bütün spektrini - sadədən mürəkkəbə doğru mükəmməl şəkildə yerinə yetirir.
Çoxillik təcrübəsində Dr.Fəridə Əliyeva on minlərlə qadına analıq sevincini yaşadıb və sağlamlıqlarını bərpa etməyə kömək edib. Bütün dünyanı ağuşuna alan pandemiya dönəmində o, Rusiyada və xaricdə yoluxmuş xəstələri müalicə edən təcrübəli infeksionist mütəxəssis kimi COVID-19-a qarşı mübarizənin ön cəbhəsində idi.
On min onlayn konsultasiya limitini uğurla keçən Dr.Fəridə Əliyeva öz sahəsində ən çox axtarılan həkimlərdən biri olaraq qalır.
Yüksək peşəkarlığı və fədakarlığı diqqətdən qaçmayan ikinci dərəcəli yüksək ixtisaslı həkim əməyinə görə bir çox mükafat və təşəkkürnamələrə layiq görülüb.İnstaqram sosial şəbəkəsində aktiv olan həkim qadın sağlamlığı haqqında dəyərli biliklər bölüşür.
Dr. Fəridə Əliyeva, 19 Mart 2024-cü il tarixində “The Globe Gala” layihəsində ilin “The Professional Gynecologist Surgeon of The Year” nominasiyasına layiq görülmüşdü.