Musiqi ruhun qidasıdır. Onun yaradılması istedadlı insanlara məxsusdur. Müasir dövrümüzün gənc istedadlarından olan ukraynalı müğənni Yaroslavanın musiqi ənənələrinin qorunub saxlanılmasında və inkişafında müstəsna rolu var. Musiqisi hiss və ilhamı özündə birləşdirən istedadlı musiqiçi, bəstəkar və ifaçı Yaroslava özünü ifadə tərzi və yaradıcı inkişaf istəyi ilə müasir musiqi səhnəsinin görkəmli nümayəndəsinə çevrilir.

Onun melodiyaları həm şəxsi təcrübədən, həm də həyat müşahidələrindən doğan hisslərin və hekayələrin təcəssümüdür.
Özünəməxsus üslubu ilə diqqətləri üzərinə çəkən Yaroslava bu gün bütün dünyada dinləyicilərin qəlbini fəth etməyi bacarıb. Bu sahədə ilk addımlarını atarkən çətinliklərlə üzləşsə də, yaradıcılığa olan həvəsi və özünə inamı sayəsində bütün maneələri dəf edir.
Müxtəlif zövqləri ilə geniş auditoriyaya müraciət edən ifaçı gənc musiqiçilər üçün ilham mənbəyidir.

Müğənni yaradıcılığı ilə yanaşı, ictimai fəaliyyətlərdə də fəal iştirak edir, xeyriyyə layihələrini dəstəkləyir, müxtəlif mədəni tədbirlərdə iştirak edir.
Gələcəyə böyük hədəflər qoyan istedadlı müğənni 18 mart 2024-cü il tarixdə keçirilən Gala Diner-də parlaq ifası ilə yadda qalıb, həmçinin “The Globe” beynəlxalq layihəsində “İlin məşhur müğənnisi” nominasiyasına layiq görülüb. Qala” 19 mart 2024-cü il.