XXI əsrdə müsəlman qadınları öz yaradıcılıq potensiallarını reallaşdırmaq və təhsil almaq üçün yeni imkanlar əldə ediblər. Zaman keçdikcə bu imkanlar qadınların özünə inamının və liderlik bacarıqlarının inkişafına töhfə verdi. Bu gün müsəlman qadın öz karyerası və gücü ilə artıq cəmiyyətdə özünü təsdiqləyib. Türkmənistanda yaşayan azərbaycanlı əsilli iş qadını Ramilə Ramazanova xeyriyyəçilik fəaliyyəti ilə seçilən nüfuzlu qadınlardandır.



1976-cı ildə Türkmənistanda anadan olub. Rejissor, dizayner, bloger, müəllim və stilist kimi müxtəlif peşələrdə çalışan Ramilə Ramazanova uğurlu biznes fəaliyyətinin önündə gedir.Doqquz illik pedaqoji təcrübəyə malik Ramilya Ramazanova həm də sertifikatlı dizaynerdir. Bir neçə dildə sərbəst danışan o, 10 ilə yaxın Türkmənistanda yerləşən türk şirkətlərindən birində baş direktor müavini və tərcüməçi vəzifələrində çalışıb. Xeyriyyəçi, 3 ildir ki, Türkmənistanda ilk və yeganə PR şirkətinin direktoru vəzifəsində çalışır.


Onun fəaliyyətində gənclər hər zaman ön sıradadır. “Gələcək gənclərindir” deyən iş xanımı onların təhsili və inkişafı üçün əlindən gələni edir.
Hər zaman qadının gücünə inanan Ramilə Ramazanova yeni sahibkarlara, xüsusilə də qadın sahibkarlara dəstək olmaqda səylərini əsirgəmir.
Qeyd edək ki, iş qadını həm də “Milionaire Concept” beynəlxalq biznes platformasının Türkmənistandakı nümayəndəsidir.
Ramilə Ramazanova 19 mart 2024-cü ildə “The Globe Gala” beynəlxalq layihəsində “İlin innovativ sahibkarı” nominasiyasına layiq görülüb.