Qazaxıstanlı beynəlxalq biznes strateqi, teleaparıcı və model Qauhar Yergenqızı Millionaire Conceptlə iş birliyinə daxil oldu.
Peşəkar biznes strateqi beynəlxalq biznes platformasının Qazaxıstan üzrə təmsilçisi olub. Xüsusilə PR sahəsində planlanan iş birliyi ilə Millionaire Concept netvorkinq əlaqələrini daha da genişləndirir.
“Brendinq, Kreativ Sənət və PR İstifadəsi Kommunikasiyaları”sahəsi üzrə ixtisaslaşan Yergenqızı qlobal səviyyədə özünü təsdiq etmiş simalardandır.
Qeyd edək ki, bu iş birliyi iki ölkə arasında ictimai, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.