Türkiyənin cinsi terapiya və hipnoterapiya üzrə peşəkar mütəxəssisi, qadın sağlığı üzrə köşə yazarı, uğurlu işgüzar xanım Op. Dr. Gökçen Ərdoğan Millionaire Concept beynəlxalq biznes platformasına platinum üzv seçildi.

Xanım Ərdoğanın fəaliyyətində qadın sağlamlığı və qadınların cəmiyyətdəki yeri öncəlik təşkil edir. Kitablarında ailə birliyinin yaradılması, qorunması və cəmiyyətdə doğru şəkildə təbliği mövzusuna geniş yer verən peşəkar həkim sağlam cinsəlliyi, sağlam cəmiyyətin təməl daşlarından hesab edir.

Türkiyənin bütün qadınlarının sağlığını əmanət etdiyi və sağlıq hüquqları mövzusunda güvəndiyi Op. Dr. Gökçen Ərdoğan eyni zamanda “DrGe Health” markasının qurucusudur. Sağlam cinsəllik, doğru məhsullarla dəstəkləndikdə daha mükəmməl olur. Geniş hədəf auditoriyasına xitab edən Dr Ge Health məhsulları laboratoriya şəraitində ərsəyə gətirilir.

Hər zaman individual və peşəkar yönləri ilə diqqət çəkən Gökçen Ərdoğan qısa zaman öncə “Millionaire Concept” tərəfindən “Platinum Member” seçilib.

Uğurlarına uğur qatmaqda davam edən peşəkar həkim, bundan sonra “Millionaire Concept”ailəsinin üzvü olacaq.