Psixoterapiya, tibbin emosional, mental və davranış pozuntularının müalicəsi ilə məşğul olan sahəsidir. Yeni dünya düzəninin gətirdiyi stress, müasir insanı tətiklədiyi üçün daim psixoloji nəzarətə ehtiyac duyur. Gənc və istedadlı psixoterapevt Aydan Həsənova beynəlxalq səviyyədə təhsil almış mütəxəssislərimizdəndir.
O Klinik psixologiya ixtisası üzrə Odessa Beynəlxalq Humanitar Universitetində və Psixoterapevt ixtisası üzrə Anadolu Universitetində ali təhsil alıb. Hazırda psixoterapevt kimi fəaliyyət göstərən Aydan Həsənova, BDT, CBT, EMDR üzrə beynəlxalq təkmilləşmə kursları keçib.
Yetkin şəxslər, uşaqlar, yeniyetmələrlə işləyən mütəxəssis hesab edir ki, ən böyük uğuru müalicələrlə sağlamlığına qovuşdurduğu pasiyentləridir. Bu zaman ilkin diaqnoz əsasında müalicə metodlarından biri seçilir. Aydan Həsənova ən effektli üsul kimi CBT -dən istifadə edir. Daha çətin və böyük problemlərdə isə onun seçimi EMDR-dir.
Aydan Həsənovanın gələcək hədəfi bir gün tək Azərbaycanda yox, beynəlxalq səviyyədə peşəkar psixoterapevt kimi tanınmaqdır.