Millionaire Concept-in ev sahibliyi etdiyi gala tədbiri 3 dekabr 2024-cü il tarixində Four Seasons Otelində baş tutmuşdur. Gecənin xüsusi qonaqlarından biri istedadlı Münəvvər Mustafazadə olub və o, Millionaire Concept-in rəsmi mükafatına layiq görülmüşdür.

Münəvvər Mustafazadə Qərb Universitetinin Hüquq fakültəsini bitirib. 21 ildir ki, saç və makiyaj ustası olaraq peşəkar fəaliyyət göstərir. Onun təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tələbələri var. O, bir çox seminar və master-klassların təşkilatçısı olmuşdur.

Son 2 ildir ki, Münəvvər Mustafazadə Premium Wedding gəlinlik mağazasının qurucusu və sahibidir. Bu brend yalnız yüksək səviyyəli gəlinlik libaslarını təqdim edir. Münəvvər xanım hər bir libası öz zövqü ilə şəxsən seçir. O, bir biznes lideri olaraq qazandığı uğurları ilə gəlinlər, bu sahənin incəliklərini öyrənmək istəyən yüzlərlə həmkarı və tələbələri üçün nümunədir.

Onun gələcək hədəfləri və məqsədi yaratdığı premium brendi həm ölkəmizdə, həm də xaricdə tanınmış və nüfuzlu markalar arasında lider mövqelərə çıxarmaqdır. Münəvvər Mustafazadə 3 dekabr 2024-cü il tarixində Millionaire Concept tərəfindən mükafatla təltif olunmuşdur.