Həyatın alqoritmasını və ritmini tutmağa bizlərə kömək edə biləcək bacarıqlı qadın Görkem Zuhal Akkuş, 3 dekabr 2024-cü ildə “Millionaire Concept” tərəfindən təşkil olunmuş qala gecəsində mükafata layiq görülmüşdür.

Görkəm Zuhal Akkuş 1992-ci ildə İstanbulda anadan olub. İbtidai təhsilini Mustafa Kamal İbtidai Məktəbində, orta təhsilini isə Şəhid Cengiz Sarıbaş Anadolu Liseyində başa vurub. İstanbul Aydın Universitetində Xarici Ticarət və Biznes ixtisasları üzrə təhsil alaraq 2016-cı ildə məzun olub. Məzun olduqdan sonra kommunikasiya sahəsində qismən iş təcrübəsi qazanıb.

Spiritual məsləhət sahəsində riyaziyyat və həndəsədən istifadə edərək kainatın dilini anlamağa yönəlik tədqiqatlar aparır. “Həyatın Alqoritmi Analitiki” adı ilə fərdi inkişaf və daxili transformasiya proseslərinə bələdçilik etməyi hədəfləyir.

Akkuş fərdi və qrup məsləhətləri, meditasiya və mindfulness seansları, seminarlar və “Həyatın Alqoritmi Analizi” kimi xidmətlər təqdim edir. Bu analiz metodu vasitəsilə, ad, soyad və doğum tarixinin insanın həyatına verdiyi mesajları riyazi məlumatlar əsasında aşkar etməyə kömək edir.

Görkəm Zuhal Akkuş eyni zamanda mədəni və humanitar fəaliyyətlərdə fəal iştirak etmişdir. O, öz sahəsindəki uğurları ilə yanaşı, sosial məsuliyyətli yanaşması və yüksək motivasiyası ilə də tanınır. Millionaire Concept adından Zuhal xanıma, gələcək seminarlarında və fəaliyyətlərində uğurlar arzulayırıq.