Hansı qadın özündə aparıcılığı, şərhçiliyi, modelliyi, xeyriyyəçiliyi və biznes sahibliyini birləşdirə bilər? Belə bir xanım var və o Natali Şamrakdır. O öz cazibəsi, ağlı ilə digər qadınlardan seçilir və parlayır. Natali Şamrak Millionaire Concept-in 5-ci ilinə özəl qonağı qismində tədbirdə çıxış etmişdir.

Natali Şamrak, çox şaxəli bir şəxsiyyətdir. Belə ki, Rusiya Federasiyasının aparıcı telekanallarında idman dünyasından və moda sənayesindən xəbərlərin aparıcısı və şərhçisidir. Eyni zamanda, mədəniyyət, idman və gözəllik sahələrində ictimai xadimdir.

Gözəllik dünyasında Natali xüsusi yer tutur. “Mrs. Rusiya Kainat” və “Rusiyanın Gözəli” kimi mötəbər titulların qalibi olan Şamrak, “İlin Qadını” mükafatına da layiq görülüb. Bununla yanaşı, o, “Royal Birds” jurnalının üz siması və “Reputasiya” mükafatının ulduzu kimi tanınır. Xeyriyyə fəaliyyətlərinə görə isə o, “İlin Xeyriyyəçilik” nominasiyasında qalib olmuşdur.

Şamrak, ürəyi təmizliyi ilə də seçilən məşhurlar arasındadır. Belə ki, uşaq evlərində yaşayan uşaqlara və çətin həyat şəraitində olan insanlara yardım edən «Blago Lyudyam» adlı xeyriyyə təşkilatının təsisçisi və xeyriyyəçidir. Beləliklə də, o həyatda hərkəsin sevmə və sevilmə haqqına layiq olduğunu düşünür. Biznesdə də uğurlar qazanan Natali, Rusiya üzrə ən yaxşı daşınmaz əmlak agentliklərindən biri hesab edilən “Vikol” agentliyinin həmtəsisçisidir. Onun biznesdəki peşəkarlığı və liderlik keyfiyyətləri bir çoxlarına ilham verir.

Natali Şamrak, ağıl, gözəllik və xeyirxahlığın nadir bir birləşməsidir. O, həm qadınların gücünü, həm də xeyirxahlığın dünyanı dəyişdirmək qabiliyyətini əks etdirir. Natali Şamrak 3 dekabr 2024-cü il tarixində Millionaire Concept tərəfindən, mükafatla təltif olunmuşdur.