Bakıda baş tutan “Altın Dövrün Altın Kadınları” tədbiri qadınların daxili potensiallarını kəşf etmələrini və fərqindəlik qazanmalarını hədəfləyən könüllü bir dəyişiklik platforması kimi böyük maraq yaratdı. Bu tədbir, spiritüal məsləhətçi və “Həyatın Alqoritm Analitiki” Ender Görkəm Zuhal Akkuşun rəhbərliyi ilə qadınların öz içlərindəki anlayışı xatırlamalarını təşviq etdi.
Tədbir Ender Görkəm Zuhal Akkuş, Yıldız Katarina Eren və Aytac Qəmbərova tərəfindən təşkil olunmuşdur. Spiritüal şüur və müasir elmin birləşdiyi bu platforma, qadınların yaradıcı enerjilərini kəşf etmələrinə və özlərini reallaşdırmalarına bələdçilik edir. Konfransda biznes, səhiyyə, incəsənət və iqtisadiyyat sahələrində qadınlara ilham verən tanınmış simalar iştirak etdilər. Bunlardan bəziləri, Qadınların biznes dünyasında güclənməsinə dəstək olan sahibkar, Nəzrin Sadıqova. Qadın dizaynerləri dəstəkləyən Uventa moda markasının qurucusu, Ender Xayala Əsədova. Qadın sağlamlığı üzrə ixtisaslaşmış ginekoloq, Gülnar Məmmədova. Azərbaycan musiqisi ilə mədəni irsi yaşadan sənətçi, Lalə Məmmədova. Qadınların iqtisadi güc qazanmasına yönəlmiş layihələr həyata keçirən sahibkar, Emel Şenay Abbasova.Tədbirdə qadınların biznes dünyasında güclənməsinə dəstək olan sahibkarlar, qadın dizaynerlərini dəstəkləyən moda markası qurucuları, qadın sağlamlığı üzrə ixtisaslaşmış həkimlər, mədəni irsi yaşadan sənətçilər və iqtisadi güc qazanmağa yönəlmiş layihələr həyata keçirən iş adamları yer aldı.
Bu platforma, qadınların universal qanunlarla uyğunlaşaraq daxili biliklərini yenidən xatırlamalarına imkan yaradır. Öyrətməkdən çox, xatırlatmağı hədəfləyən bu hərəkat, qadınların fərqindəlik qazanmasına və daxili dəyişiklik yolçuluqlarında dəstək tapmalarına kömək edir. Qeyd edək ki, Ender Görkəm Zuhal Akkuş riyaziyyat və həndəsə ilə universal qanunları izah edir, fərdi inkişaf və spiritüal bilik sahələrində dərin araşdırmalar aparır. Qriqori Qrabovoy təlimləri üzrə təlimçi kimi beynəlxalq konfranslarda iştirak edir və dəyişiklik düşərgələri həyata keçirir. 2024-cü ildə “İlin Həyat Kouçu” mükafatına layiq görülmüş, 2025-ci ildə Bakı İncəsənət Mərkəzində baş spiker kimi tədbirə qatılmışdır. Ender Görkəm Zuhal Akkuşa gələcək layihələrində uğurlar arzulayırıq.