Fevralın 22-də Bakıda SIMOORG Akademiyası tərəfindən təşkil edilən qapalı moda nümayişi baş tutub. Tədbirin əsas qonaqlarından biri dizayner Kamilla Məmmədzadə olub. O, gecə ərzində iki fərqli defile ilə çıxış edib.

Yves Saint Laurent Beauty brendinin xüsusi əməkdaşlığı ilə baş tutmuş təqdimat, Azərbaycanın Eurovision təmsilçisi Elnur Hüseynovun musiqisi fonunda təqdim olunub. Musiqinin canlı ifası gecəyə xüsusi atmosfer bəxş edib. Kamilla Məmmədzadənin digər defile təqdimatı isə rəqs performansı ilə müşayiət olunub, bu da izləyicilərin  marağını daha da artırıb.

Qeyd edək ki, tədbirin təşkilatçısı SIMOORG Akademiyasının qurucusu Hədiyə Talıbovadır. Layihənin təşkilatçı dəstəkçiləri və tərəfdaşları arasında Yves Saint Laurent, Martini, Azərfoto Xalça və Buro246 kimi tərəfdaşlar yer alıb

Nümayiş Unbar Bakuda baş tutub. Tədbirin konsepti müasirlik və ənənələrin vəhdəti, eləcə də transformasiya, güc və yenidən doğuluş simvolu kimi təqdim edilib. Gecəyə Bakının bir çox nüfuzlu qonaqları və tanınmış simalar qatılıb. Tədbir yüksək səviyyədə təşkil olunaraq dəvət olunanları öz möhtəşəm atmosferi ilə valeh edib.